Bakıda məşhur israilli skripka ifaçısı Yevgeniya Epşteyn və azərbaycanlı pianoçu Səidə Tağızadənin iştirakı ilə “Sarayın sirləri” adlı konsert keçirilib. Bu haqda bu gün, 15 may tarixində Report məlumat verib.
Konsert Şirvanşahlar Sarayının kompleksində baş tutub. Musiqiçilər Azərbaycan və Qərbi Avropa bəstəkarlarının görkəmli əsərlərini ifa ediblər.
Musiqili gecənin qonaqları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann olublar.
“Sarayın sirləri” adlı konsert





