Xəzər rayonu, Mərdakən qəsəbəsində içməli su çəkilsə də, təmir işlərindən sonra sakinlər asfaltsız qalıblar. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Suyu çəkən podratçı şirkət yolu qazıb boruları basdırdıqdan sonra qazılan hissəyə asfalt örtüyü vurmayıb. Sakinlər “Azərsu”ya dəfələrlə müraciət etsələr də, su boruları çəkildikdən sonra qazılan 250-300 metrlik hissəyə asfalt örtüyü vurulmayıb.

”Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qeyd olunan ünvanda suyun çəkilişi aprel ayında başa çatıb. Podratçı şirkət tərəfindən ‘Avtomobil Yolları Dövlət Agentliyi’nə vəsait də ödənib ki, yol təmir edilsin.

”Mərhələli şəkildə asfalt vurulur və yaxın günlərdə sözügedən küçədə də asfaltlanma işləri görüləcək”, – deyə qurum rəsmisi qeyd edib.