Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində üzərində odlu silah saxlayan qəsəbə sakini Rafiq Bağırov saxlanılıb. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Onun üzərində “Valter” markalı tapança, 2 patron və patron darağı aşkar olunub. Rafiq Bağırov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.