Azərbaycanda fərqli maşın nömrəsi həvəskarı olan sürücülər var. Bu səbəbdən də avtomobilin dövlət nişanı asan yadda qalan, eyni olan sürücülər onu baha qiymətə satmağa maraq göstərirlər. Fantastik qiymətə təklif olunan nömrələr var ki, o qiymətə, hətta villa almaq mümkündür. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Baku TV-nin reportajını təqdim edir.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bu məsələ ilə məşğuldur. Onun sözlərinə görə, ölkədə qiymətlərin artmasında maraqlı olan bəzi insanlar var. Onlar bundan qazanc əldə edirlər. Bu nömrələrin rəsmi qiyməti 2500 manata yaxındır, lakin onları açıq satışda tapmaq çətindir. Lakin bu qədər yüksək qiymət ödəməyə razı olan insanlar təklif yaratmaqla bazarda tələb yaradırlar.

Dövlət rüsumları isə belədir:

  • 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 üçün:
  1. Müxtəlif seriya olarsa – 2000 manat;
  2. Eyni seriya olarsa – 3000 manat;
  • 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün:
  1. Müxtəlif seriya olarsa – 1500 manat;
  2. Eyni seriya olarsa – 2000 manat;
  • 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün:
  1. Müxtəlif seriya olarsa – 1000 manat;
  2. Eyni seriya olarsa – 1500 manat təşkil eliyir.

Qeyd olunan rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum tədbiq edilir.