Bakının Nəsimi rayonu, Fikrət Əmirov və 28 May küçələrinin kəsişməsində “Toyota Prius” markalı avtomobillər bir-birinə çarpılıb. Bu haqda bu gün, 15 may tarixində Oxu.az məlumat verib.
Zərbənin gücündən avtomobillərdən biri səkiyə çıxıb. Hadisə zamanı xəsarət alanların olub-olmadığı məlum deyil.