Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 15 may tarixində Lent.az məlumat verib.

Qəsəbə sakini, 35 yaşlı Ruslan Rəhimov yaşadığı evin həyətində özünü asıb. Onun meyitini ailə üzvləri tapıb. Kişinin hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.