Sabunçuda aprelin 1-dən bu günə qədər keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 91 nəfər saxlanılıb. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Əməliyyatlar Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə həyata keçirilib. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 91 nəfər saxlanılıb.

Onların arasında bəzilərinin narkotikləri İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üzərində, yaşadıqları evlərdə 8 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Hər faktla bağlı cinayət işi başlanılıb. Əməliyyatlar davam etdirilir.