Mayın 14-də Xırdalan şəhəri ərazisində Bakı sakini V.Şahbazova məxsus “Opel” markalı avtomobil qaçırılıb. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş B.Səmədov Qaradağ rayonu ərazisində avtomobillə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.