Bakının Xətai rayonunda ötən gün mənzildən bir nəfərin cəsədi aşkar olunub. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
FHN-in “112” qaynar telefon xəttinə bağlı qapı arxasında meyitin qalması barədə məlumat daxil olub. Hadisə yerinə xilasedicilər cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.