Bakının Yasamal rayonu, Bünyadzadə küçəsində daha bir intihar hadisəsi baş verib. Bu haqda bu gün, 15 may tarixində Lent.az məlumat verib.

31 yaşlı Həmdulla Bayramzadə yaşadığı evdə naməlum səbəblərdən özünü asıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha öncə məlum olub ki, Rəsulzadə qəsəbəsində 35 yaşlı Ruslan Rəhimov yaşadığı evin həyətində özünü asıb.