Bakının Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yol qəzası qeydə alınıb. Bu haqda bu gün, 15 may tarixində APA məlumat verib.

Zivər bəy Əhmədbəyov küçəsi ilə “Hyundai” markalı avtomobillə hərəkət edən Özbəkistan vətəndaşı Cəfər Cabbarlı küçəsinə daxil olmaq istəyib. Eyni vaxtda Cəfər Cabbarlı küçəsi ilə keçən “Toyota” markalı avtomobil “Hyundai”yə çarpılıb. Zərbənin gücündən “Toyota”nın sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi ağaca çarpılaraq dayanıb. Avtomobildə olan bir nəfər xəsarət alıb.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Yasamalda iki avtomobil toqquşub
Foto Apa.az saytı