Bakının Yasamal rayonunda yerləşən qəbiristanlıqda məzarların kənarından dəyəri 3000 manatdan çox olan dəmir barmaqlıqlar oğurlanıb. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Daxil olan məlumata əsasən, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşları əməliyyat tədbiri keçiriblər. Əməliyyat zamanı oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Bağırov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.