Bakının Xəzər rayonunda avtomobilin yanması ilə nəticələnən ağır yol qəzasında həlak olanlardan birinin anası dünyasını dəyişib. Bu haqda bu gün, 15 may tarixində Avtosfer.az məlumat verib.
Məmmədağa adlı şəxsin anası ürəktutmasından vəfat edib. İkinci şəxsin anası isə verilən məlumata görə, intihara cəhd edib.
Daha öncə məlum olub ki, Xəzər rayonunun Binə qəsəbəsində ağır yol qəzası baş verib. “Chevrolet”, “Lifan” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində “Lifan” alışıb, avtomobildə olan iki nəfər yanaraq həlak olub.