Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində uşaqlara qarşı təcəvüz hərəkətləri edən seksual manyakın olduğu bildirilir. Bu haqda bu gün, 15 may tarixində Lent.az məlumat verib.
Qəsəbə sakini olan qadın idman meydançasında naməlum kişinin onun 7 yaşlı oğluna qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib.
Hadisə ilə bağlı Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsi tərəfindən araşdırmalar başlanıb.