Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən qəzalı bina söküləcək. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Uzun müddət çökən evdə yaşayan sakinlər dəfələrlə mövcud vəziyyətdən narahat olduqlarını bildiriblər.
Sabunçu Rayon İcra Hakimiyyətindən bildirildi ki, 101 il öncə inşa olunmuş ikimərtəbəli, 27 mənzilli bina qəzalıdır və istismar üçün təhlükəlidir.
Sakinlərin köçürülməsi üçün Maliyyə Nazirliyi hər kvadratmetrə 1000 manat ayırıb. Lakin sakinlər sənədləri olmayan tikililərə görə kompensasiya tələb etdiyindən onlarla razılaşmaq mümkün olmayıb. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi xahişi ilə məktub göndərilib.