Mayın 13-də Bakı-Qazax yolunda baş vermiş ağır qəza nəticəsində həlak olan 16 yaşlı Ayla Əliyevanın fotoşəkilləri sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az məlumat verir.

Adıçəkilən magistralın Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində Bakı sakini Vəfa Əliyevanın sürücüsü olduğu “Hyundai” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq öncə qarşıda gedən yük avtomobilinə, daha sonra isə dəmir arakəsməyə çarpılıb. Nəticədə avtomobildə olan 16 yaşlı Ayla Əliyeva dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə sürücünün diqqətinin yayınması səbəbindən baş verib.

Ayla Bakı şəhər 263 saylı orta məktəbin 10-cu sinif şagirdi olub.