Paytaxtın Nizami rayonunda “Mercedes” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, mayın 13-də rayon ərazisində avtomobildən cibində 910 manat pul olan gödəkcə oğurlanıb. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.