Bakının Sabunçu rayonunda 13 yaşlı qız anasının 37 yaşlı əmisi oğlu, boşanmış kişi ilə nişanlanıb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Qız özü evlənmək istəmir, ancaq ailəsi tərəfindən məcbur edilir. Qız ibtidai sinifdən sonra məktəbdən çıxarılıb və təhsilini davam etdirməyə icazə verilməyib. Eyni zamanda qızın anası onun bu davranışına haqq qazandırır ki, toy ancaq yetkinlik yaşına çatandan sonraya planlaşdırılıb.
Anasının sözlərinə görə, qızın atası hazırda həbsdədir və bir neçə ildən sonra azadlığa çıxacaq. Qadın qorxur ki, həbsdən qayıdan kimi əri onu öldürəcək və qız yetim qalacaq. Buna görə də qızın taleyini əvvəlcədən düşünməyə qərar verib.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, 9-cu sinfə qədər təhsil qanunla hamı üçün tələb olunduğundan qızın məktəbdən uzaqlaşdırılmasına görə məsuliyyət valideynlərinin üzərinə düşür.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı artıq araşdırma aparılır, ictimaiyyətə əlavə məlumat veriləcək.