Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan qadın 2 ildir itkin düşüb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
42 yaşlı Ruqiyyə Rzayeva 2021-ci ilin iyun ayında yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. Onun əlamətləri belədir: Boyu 156 sm, arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. Həmçinin Sol qolunda böyük yanıq, hər 2 ayağında isə kiçik ölçülü kəsik izləri var.
Sözügedən qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in 102 – Zəng Mərkəzinə, həmçinin (012) 454-22-22 şəhər və (050) 221-16-56; (055) 252-22-22 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
