Bakının Səbail rayonu ərazisində iki nəfərin pulqabılarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iki nəfərin içərisində pul, sənəd və bank kartları olan pul kisələrini oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılıb.

Araşdırma zamanı onun Neftçilər prospektində yerləşən kafelərdən birinin şüşəsini sındırması da müəyyən olunub.