Mərakeş Krallığının Azərbaycandakı səfirliyi BMT-nin qərarı ilə hər il mayın 25-də Afrika İttifaqı ölkələri tərəfindən qeyd olunan Afrika Gününə həsr olunmuş ilk Afrika Kino Günlərini keçirəcək. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az məlumat verir.
Afrika Kinosu Günləri mayın 25-dən 27-dək keçiriləcək.
“Landmark”dakı kinozalda altı ölkəni – Kamerun, Çad, Qana, Mali, Mərakeş və Ruandanı təmsil edən altı mükafata layiq görülmüş film Azərbaycan ictimaiyyətinə və mediasına təqdim olunacaq.
Bakıda ilk Afrika Kino Günlərinin proqramı:
25 may
17:00 – “Keteke” – 1 saat 11 dəqiqə, ingilis dilində fransızca subtitrlərlə;
18:30 – “Bendskins” – 1 saat 30 dəqiqə, fransız dilində ingiliscə subtitrlərlə.
26 may
17:00 – “A taste of our land” (“Torpağımızın dadı”) – 1 saat 25 dəqiqə, ingilis dilində fransızca subtitrlərlə;
18:30 – “Koussaw” – 1 saat 16 dəqiqə, fransız dilində ingiliscə subtitrlərlə.
27 may
15:00 – “Oliver Black” – 1 saat 33 dəqiqə, fransız dilində;
16:45 – “Massoud!” – 1 saat 41 dəqiqə, fransız dilində
Yerlərin sayı məhdud olduğundan dəvətnamələr/biletlər yalnız sorğu əsasında veriləcək.