Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində bədbəxt hadisə qeydə alınıb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Qəsəbə sakini, 60 yaşlı Ramiz Əhmədovun üzərinə hasar aşıb. Kişi aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.