Rusiyalı məşhur rep ifaçısı Morgenşternin (Alişer Tahiroviç Morgenştern) konserti ləğv olunub. Konsert Bakıdakı “Elektra Events Hall”da mayın 20-də baş tutmalı idi. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az məlumat verir.

Konsertin təşkilaçılarının sözlərinə görə, konsert texniki səbəblərə görə ləğv olunub. Tədbir digər bir vaxta da keçirilməyib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, konsertə kifayət qədər bilet satılmayıb.