Azərbaycanda olan Türkiyə vətəndaşları üçün seçki tarixləri açıqlanıb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Türkiyə səfirliyinə istinadən xəbər verir.

“Prezident seçkilərinin ikinci turu üçün səsvermə səfirliyimizdə 20, 21 və 22 may tarixlərində, saat 08:00-22:00 arası keçiriləcək”, – deyə məlumatda qeyd edilib.