Paytaxtın Ziya Bünyadov prospektində bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Hərəkətdə olan avtomobilin sükanı arxasında olan sürücünün qəfil ürəktutması olub və o, dünyasını dəyişib. Bu səbəbdən nəqliyyat vasitəsi səkiyə çarpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.