Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sərnişin sürücünü döyüb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Belə ki, “Toyota” markalı avtomobildə sərnişin kimi oturan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Əsgərov sürücünü öncə yumruqlayaraq 15 AZN pul götürüb, daha sonra isə avtomobilə ziyan vurub.

Şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.