Paytaxtın Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Ümumi sahəsi 30 kv.m olan birmərtəbəli evin dam örtüyü tamamilə kül olub. Alov həyətyanı əraziyə keçərək məişət tullantılarını 10 kv.m sahədə yandırıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.