Paytaxtın Binəqədi rayonunda qazdan zəhərlənmə hadisəsi baş verib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
16 yaşlı Cəmilə Rəhimova adıçəkilən rayonda yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.