Bakı Dənizkənarı bulvarında mayın 18-də “Gənclər Festivalı” keçiriləcək. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az məlumat verir.

Tədbir Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təşkil olunur.

Festivalın proqramı:

  • Aparıcı gənclər və könüllü təşkilatlarının sərgisi;
  • İntellektual oyunlar;
  • Viktorinalar;
  • İdman oyunları;
  • Əyləncəli oyunlar;
  • İncəsənət guşəsi;
  • Heydər Əliyev guşəsi;
  • İstedadlı gənclərin ifası;
  • Konsert proqramı.

Festival saat 12:00-dan başlayaraq 22:30-dək davam edəcək.

Ünvan: Dənizkənarı Milli Park (Azərbaycan Dövlət Kukla Teatrının arxası).