Paytaxtın Heydər Əliyev prospektində avtoqəza baş verib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.

“ASK Arena”nın qarşısında, prospektin mərkəz istiqamətindəki yolunda “Chevrolet Niva” markalı nəqliyyat vasitəsi və “Prius” toqquşub. Nəticədə birinci idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.