Bakıda 60 müəssisənin iştirakı ilə əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Nərimanov rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Yarmarkada 1200 ədəd vakansiya təqdim olunacaq. Tədbir 19 may saat 10:00-13:00 arası “Hilton” hotelində baş tutacaq. Giriş sərbəstdir.

Əmək Yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.