Paytaxtın Sabunçu rayonunda şəxsi həyətdən çətənə kolları tapılıb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini R.Sultanovun həyətində 59 ədəd çətənə kolu aşkar edilib.
R.Sultanov saxlanılıb. Onun barəsində araşdırmaya başlanılıb.