Bakının Nərimanov rayonunda bu gün, 16 may tarixində saat 10:00-dan qaz təchizatı dayandırılacaq. Bu haqda Bakuplus.az Bakı Regional Qaz İstismarı Departamentinə istinadən məlumat verir.
Fasilə F. Yusifov, 45 ünvanında qaz xətti üzərində aparılacaq təmir işləri ilə əlaqədardır.
Təmir zamanı Ə.Əliyev, N.Hacıyev, A.Nemətulla və F.Yusifov küçələrində 1500 istehlakçının qaz təchizatında fasilə yaranacaq.