Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Adıçəkilən rayonda yerləşən “Tantuni” restoranında Türkiyə vətəndaşı, 49 yaşlı Azizə Gümenə məxsus 340 AZN dəyərində “Samsung” markalı mobil telefon və 20 AZN pul oğurlanıb.

Şübhəli şəxs axtarışdadır. Araşdırmalar davam edir.