Paytaxtın Nizami rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
38 yaşlı Tahirə İsayeva avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.