Bakı Ekspo Mərkəzində mayın 21-də “Cosplay Fest Baku 2023” keçiriləcək. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az məlumat verir.
Tədbir saat 11:00-dan 19:00-a kimi davam edəcək.
Uşaqlar və böyüklər anime, komikslər, oyunlar, filmlər, seriallar, kitablar və ya cizgi filmlərinin sevimli personajları kimi geyinərək tədbirdə iştirak edə bilərlər. Hər kəs “cosplay” kostyumlu müsabiqəsində iştirak edə biləcək.
Tədbirə anime, geek və digər əşyalar olan stendlərə başçəkmə, kospleyerlərin səhnədə çıxışları, xüsusi ayrılmış oyunlar və VR zonasında 1v1 matçlar, k-pop rəqsləri, yapon pərəstişkarları ilə çıxışlar, yemək və qəlyanaltılar olan sahə, DJ ilə diskoteka təşkil olunacaq.
Biletlər onlayn mövcüddur.