“Qaradağ” Günəş Elektrik Stansiyasına ilk günəş paneli quraşdırılıb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Energetika Nazirliyinə istinadən xəbər verir.

Hər 2 üzü elektrik enerjisi istehsal edə bilən və hər birinin gücü 545-550 Vt olan 500.000-dən çox günəş panelindən biri elektrik stansiyasının ərazisində quraşdırılıb. Bu prosesdə energetika naziri Pərviz Şahbazov, “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jamil Al Ramahi və digər nümayəndələr iştirak ediblər.

Stansiyanın tikintisinin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

“Qaradağ” Günəş Elektrik Stansiyası
Foto Energetika Nazirliyinin saytı