Türk pop musiqisinin məşhur ifaçısı Rafet El Roman 27 may tarixində Bakıda konsert verəcək. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az məlumat verir.

“Gönül yarası”, “Bana sen lazımsın”, “Senden sonra”, “Sürgün” və digər hitlərin müəllifinin konserti Heydər Əliyev Sarayında keçiriləcək.

Biletlərin qiyməti 20 manatdan başlayır. Tədbirdə iştirak etmək istəyənlər biletləri saray və şəhərin kassalarından və yaxud onlayn əldə edə bilərlər.