“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az qoruğa istinadən xəbər verir.
49 yaşlı İntiqam Babayev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri təyin olunub. Bununla bağlı idarə heyətinin sədri müvafiq əmr imzalayıb.
İ.Babayev Bakı Dövlət Universitetinin Tarix və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültələrində təhsil alıb. O, 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Ailəlidir, 2 övladı var.