Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Report-a istiadən məlumat verir.

Buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdır.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, stadionda ot örtüyü və torpaq qatı 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübəyə əsasən, belə işlər 5-6 ildən bir aparılır. “Sabah” – “Beşiktaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb.

Meydança işlər tam bitdikdən sonra, avqust ayında istifadəyə veriləcək.