Paytaxtın Suraxanı rayonunda abadlıq-quruculuq işləri aparılır. Bu haqda bu gün, 16 may tarixində rayon İcra Həkimiyyəti məlumat verib.
Rayonun küçə və qəsəbədaxili məhəllələri təmir edilir və asfaltlanır, bordürlər düzülür, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, sakinlərin asudə vaxtlarını xoş keçirmələri üçün yeni parklar salınır, çoxmənzilli yaşayış binalarının həyətləri abadlaşdırılır.
Hazırda işlər Əmircan qəsəbəsinin Atamoğlan Rzayev küçəsində aparılır. Sözügedən küçədə 2000 kv.m sahədə asfalt örtüyü salınır.
