Paytaxtın Xətai rayonunda qadın və uşağın xəsarət almaları ilə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 16 may tarixində Report məlumat verib.
50 yaşlı Kəmalə Paşayeva və nəvəsi, 7 yaşlı S.Quluzadə yolu keçərkən onları avtomobil vurub.
Xəsarət alanlar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hər iki şəxs qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Fakt araşdırılır.