Paytaxtın Nəsimi rayonunda 3 avtomobil toqquşub. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun 28 May küçəsində baş verib. “BMW” markalı avtomobil yol kəsişməsindən keçən zaman “Lexus” markalı maşın öncə ona çarpılıb, daha sonra eyni istiqamətdə olan “Kia” ilə toqquşub. Bundan sonra “Lexus”un sürücüsü hadisə yerindən qaçıb.
Nəticədə 1 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
