Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçiriləcək. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az xəbər verir.
Sərgidə Azərbaycan, Türkiyə, Gürcüstan, Kipr və Çernoqoriyadan 300-dən çox daşınmaz əmlak layihəsi sərgilənəcək. Burada sürpriz endirimlər iştirakçıları gözləyir.
Tədbir 19-20 may tarixlərində “Baku Crystal Hall”da baş tutacaq. Sərgiyə giriş sərbəst olacaq.