Bakının Nizami rayonunda marşrut avtobusunda qadının çantasından oğurluq edilib. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan pul kisəsi talanıb.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev tutulub. Faktla bağlı araşdırma aparılır.