Paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 218 ünvanında yaşayan sakinlər yaşayış binalarının yanında fəaliyyət göstərən profilaktoriyadan narazıdırlar. Bu haqda bu gün, 17 may tarixində Oxu.az məlumat verib.

İddialara görə, binanın həyətində yerləşən avtoservis gecə saatlarına kimi fəaliyyət göstərir. Nəticədə sakinlər səs-küydən yata bilmirlər, avtomobil əlindən tərpənmək olmur. Vətəndaşlar uşaqlarını həyətə buraxmağa qorxurlar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, sakinlərin müraciəti nəzarətə götürülüb, araşdırmalardan sonra qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.