Bakıda yol qəzası ölümlə nəticələnib. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. 22 yaşlı Murad Allahverdiyev “Peugeot 407” markalı avtomobillə hərəkətdə olan zaman Əli Paşayevin sürücüsü olduğu mopedlə toqquşub. Nəticədə Ə.Paşayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işinə başlanılıb.