Bakı muzeyləri pulsuz olacaq. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar paytaxtın bir sıra muzeylərinə giriş pulsuz olacaq.

Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.