Paytaxtın Nərimanov rayonunda piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Hadisə rayonun Atatürk prospektində baş verib. 36 yaşlı Eltən Əliyeva piyada keçidindən avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmaya başlanılıb.