Bakıda 30 yaşlı kişini avtomobil vurub. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə paytaxtın Sabunçu Rayonunda baş verib. Nicat Şirinov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.